Elmira Qəmbərova Avropa Oyunlarının finalında məğlub olub

  Bölmə: Güləş | 914 | 21:17 28-06-2019
Elmira Qəmbərova Avropa Oyunlarının finalında məğlub olub

    Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. 

62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb. Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.


Digər xəbərlər