Mariya Stadnikin II Avropa Oyunlarında finalda məğlub etdiyi idmançı rəfiqəsi imiş

  Bölmə: Güləş | 849 | 21:31 28-06-2019
Mariya Stadnikin II Avropa Oyunlarında finalda məğlub etdiyi idmançı rəfiqəsi imiş

   Final görüşü çətin oldu. Biz-birimizi yaxşı tanıyırıq, məşqləri birgə edirik. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi. Bu fikri II Avropa Oyunlarında komandamıza üçüncü qızıl medal qazandıran qadın güləşçimiz Mariya Stadnik söyləyib. Ona dəstək olan hər kəsə təşəkkürünü bildirən M.Stadnik bildirib ki, ukraynalı güləşçi ilə rəfiqə olduğundan final görüşü psixoloji baxımdan çətin idi.


Digər xəbərlər