"Minsk 2019" : Qadın güləşi üzrə yarışlar sona çatdı-NƏTİCƏLƏR

  Bölmə: Güləş | 723 | 21:44 28-06-2019
"Minsk 2019" : Qadın güləşi üzrə yarışlar sona çatdı-NƏTİCƏLƏR

   Iyunun 27-də son 4 qadın güləşçimiz mübarizəyə qoşulub. Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yığmamızın lideri Türkiyə güləşçisinə də şans verməyərək finala adlayıb. Həlledici görüşdə Ukrayna idmançısı qarşısında da ciddi problem yaşamayan Stadnik baş mükafata yiyələnib. Mariya Avropa Oyunlarının ikiqat qızıl medalçısı olan yeganə idmançımızdır.

Alyona Kolesnik yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına məğlub olub. Rəqibin finala çıxması Kolesnikə təsəlliverici görüşdə iştirak imkanı verib. İyunun 28-də gündüz seansında İtaliya güləşçisinə tam üstünlüklə qalib gələn Alyona bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Uğurlu çıxışını son görüşdə də davam etdirən yığma üzvü türkiyəli rəqibini də üstələyərək bürünc medalı boynundan asıb.

Elmira Qəmbərova ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən yolundan kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Elis Manolovanın Avropa çempionatının finalında məğlub etdiyi Rumıniya təmsilçisiylə qarşılaşan Qəmbərova bu görüşdən də üzüağ çıxaraq finalda yerini təmin edib. İyunun 28-də finalda dünya və ikiqat Avropa çempionu olmuş Ukrayna güləşçisinə yenilən Elmira gümüş medalla kifayətlənib.

Səbirə Əliyeva üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən Əliyeva adını yarımfinala yazdırıb. Ancaq alman idmançıya müqavimət göstərə bilməyən Səbirə ümidini bürünc medala bağlayıb. Ancaq son qarşılaşmada norveçli rəqibinə uduzan həmyerlimiz fəxri kürsüdən kənarda qalıb.

50 kq

1/4 final - Mariya Stadnik - Anna Lukasiak (POL) 10:0

1/2 final - Mariya Stadnik - Evin Demirhan (TUR) 6:1

FİNAL - Mariya Stadnik - Oksana Livaç (UKR) 7:1

57 kq

1/8 final - Alyona Kolesnik - Ramona Qalambos (HUN) 10:0

1/4 final - Alyona Kolesnik - Mimi Xristova (BUL) 0:6

Təsəlliverici görüş - Alyona Kolesnik - Françeska İndelikato (İTA) 12:1

Bürünc medal görüşü - Alyona Kolesnik - Bediha Gün (TUR) 9:4

62 kq

1/8 final - Elmira Qəmbərova - Luzi Manke (GER) 4:0

1/4 final - Elmira Qəmbərova - Katarjina Madrovska (POL) 9:0

1/2 final - Elmira Qəmbərova - Krişta İnçe (ROU) 4:1

FİNAL - Elmira Qəmbərova - Yuliya Tkaç (UKR) 0:4

76 kq

1/8 final - Səbirə Əliyeva - Aykaterinierini Pitsiava (GRE) 9:0

1/4 final - Səbirə Əliyeva - Georgina Neltorpe (GBR) 8:2

1/2 final Səbirə Əliyeva - Rafadelt Fransi (GER) 1:11

Bürünc medal görüşü - Səbirə Əliyeva - İselin Solheym (NOR) 0:2


Digər xəbərlər