İslam Abbasov Avropa Oyunlarının yarım finalına yüksəlib

  Bölmə: Güləş | 203 | 16:34 29-06-2019
İslam Abbasov Avropa Oyunlarının yarım finalına yüksəlib

İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının yunan-Roma yarışlarının ikinci günündə Azərbaycan pəhləvanı İslam Abbasov yarım finala vəsiqə qazanıb . 

1/8  finaldan mübarizəyə başlayan güləşçimiz serbiyalı Nikolay Dobrev üzərində 8:0 hesablı qələbə qazanıb. Dörddəbir finalda Macarıstan təmsilçisi Viktor Lorinsi 3:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz adını yarımfinala yazdırıb. Pəhləvanımız finala vəsiqə uğrunda mübarizədə xorvatiyalı İvan Huklel ilə üz-üzə gələcək. Oyunlarda 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti səkkizdəbir finalda xorvatiyalı Ante Milkoviçi (3:0) məğlub etsə də, dörddəbir finalda Gürcüstan təmsilçisi Yakobi Kacaya ilə görüşdə uduzub – 4:10. Y.Kacaya finala yüksələcəyi təqdirdə pəhləvanımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq. Bu gün 97 kiloqram çəki dərəcəsində yarışlara başlayan Orxan Nuriyev isə ilk görüşdə avstriyalı Daniel Qasla (2:7) uduzaraq mübarizəni səkkizdəbir finalda dayandırıb. Xatırladaq ki, “Minsk 2019”da sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc, qadın pəhləvanlarımız isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.


Digər xəbərlər