"Minsk 2019" : Karateçimiz finala vəsiqə qazanıb

  Bölmə: Olimpiya Növləri | 1091 | 19:09 29-06-2019
"Minsk 2019" : Karateçimiz finala vəsiqə qazanıb

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarının finalına yüksəlib.

 Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci oyunda almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən karateçimiz sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. Yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Finalda onun rəqibi xorvatiyalı Andcela Kvesiç olacaq.

Qeyd edək ki, A.Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il il Karate 1 A Seriyası turnirlərinin qalibi adını qazanıb.


Digər xəbərlər