Paralimpiyaçılarımız beynəlxalq Qran-Pri yarışında iştirak edib

  Bölmə: Digər növlər | 667 | 19:57 29-06-2019
Paralimpiyaçılarımız beynəlxalq Qran-Pri yarışında iştirak edib

Azərbaycanın atletika üzrə paralimpiya yığma komandası Tunisdə beynəlxalq Qran-Pri yarışında iştirak edib.

Beynəlxalq Qran-Pridə idmançılarımız uğurla çıxış edərək 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıblar. Qaçış üzrə qadınların yarışında idmançımız Yelena Çebanu 100 metr məsafəni 12,04 saniyə qət edərək birinci yeri tutub. Kişilərin yarışında isə Elmir Cəbrayılov 100 metr məsafə üzrə 11,31 saniyəlik nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıb. Növbəti qızıl medalı isə nüvəitələmə yarışında idmançımız Samir Nəbiyev qazanıb. O, 13,84 metrlik nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Digər idmançılarımız Yuliya Lanovskaya, Zeynal Miskərli, Nurlan İbrahimov gümüş, Elvin Aslanov bürünc medal qazanıblar.


Digər xəbərlər