"Minsk 2019" : Qızıl ümidimiz gümüş oldu

  Bölmə: Olimpiya Növləri | 1392 | 20:03 29-06-2019
"Minsk 2019" : Qızıl ümidimiz gümüş oldu

Azərbaycan karateçisi İrina Zaretska “Minsk 2019”un gümüş medalına sahib olub

 İyunun 29-da “Minsk 2019” ikinci Avropa Oyunlarının karate yarışlarında mübarizə aparan İrina Zaretska (68 kq) finalda mübarizə aparıb. Finalda italiyalı Silvia Semeraro ilə qarşılaşan karateçimiz 1:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, finalda qarşılaşdığı rəqiblə qrupda ilk görüşdə də üz-üzə gələn karateçimiz xalsız heç-heçə edib. İdmançımız ikinci qarşılaşmada fransalı Alize Aqieni (7:2), daha sonra isə slovakiyalı Miroslava Kopunovanı (6:0) məğlubiyyətə uğradıb. Nəticədə 13 xal toplayan karateçimiz yarımfinalda iştirak hüququ qazanıb. Yarımfinalda ukraynalı Halina Melniki minimal hesabla məğlubiyyətə uğradan İ.Zaretska finalda iştirak hüququ qazanıb.

“Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan İ.Zaretska cari ildə Karate 1 Premyer Liqa turnirində ikinci yeri tutub. O, ötən il dünya çempionatında birinci yeri tutub.


Digər xəbərlər