Yunan-Roma üzrə güləş yığmamız Minski qızılsız tərk edir

  Bölmə: Güləş | 759 | 18:55 30-06-2019
Yunan-Roma üzrə güləş yığmamız Minski qızılsız tərk edir

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarına yekun vurulub. İyunun 29-da son 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Avropa çempionatının gümüş medal sahibi İslam Abbasov ilk mərhələdə Serbiya təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz 1/4 finalda Avropa çempionu və iki dəfə dünya 3-cüsü olmuş macar həmkarından güclü olub və adını yarımfinala yazdırıb. Xorvatiya təmsilçisinə də şans tanımayan İslam finala vəsiqə qazanıb. İyunun 30-da Abbasov son dünya çempionatının yarımfinalında və Avropa çempionatının finalında uduzduğu Jan Belenyukla qarşılaşıb. Təcrübəli Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. Orxan Nuriyev debütdə avstriyalı rəqiblə bacarmayıb. Sabah Şəriəti ilk görüşdə xorvat idmançını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda Gürcüstan pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşə vəsiqə qazanıb. İyunun 30-da Litva güləşçisini üstələyən Sabah bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb. Son görüşdə Norveç idmançısından güclü olan Şəriəti bürünc medalın sahibi olub.

87 kq

1/8 final - İslam Abbasov - Nikolay Dobrev (SRB) 8:0

1/4 final - İslam Abbasov - Viktor Lorints (HUN) 3:0

1/2 final - İslam Abbasov - İvan Huklek (CRO) 5:0

FİNAL - İslam Abbasov - Jan Belenyuk (UKR) 1:3

97 kq

1/8 final - Orxan Nuriyev - Daniel Qastl (AUT) 2:7

130 kq

1/8 final - Sabah Şəriəti - Ante Milkoviç (CRO) 3:0

1/4 final - Sabah Şəriəti - Yakobi Kayaxa (GEO) 4:10

Təsəlliverici görüş - Sabah Şəriəti - Romas Fridrikas (LTU) 3:1

Bürünc medal görüşü - Sabah Şəriəti - Oskar Marvik (NOR) 3:2


Digər xəbərlər