II Avropa Oyunlarının bağlanış mərasimində bayraqdarımız çempion idmançımız olacaq

  Bölmə: Maqazin | 1328 | 19:47 30-06-2019
II Avropa Oyunlarının bağlanış mərasimində bayraqdarımız çempion idmançımız olacaq

Minskdə II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

Gənclər və idman naziri Azad Rəhimov bugünkü tədbirdə iştirakçı ölkələrin keçidi zamanı Azərbaycan bayrağını karateçi Asiman Qurbanlının daşıyacağını bildirib. İdmançımız ötən gün 84 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb. Azərbaycan isə II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.


Digər xəbərlər