Hacı Əliyev: "Dünya çempionatında güləş üslubumda yenilik də edə bilərəm"

  Bölmə: Güləş | 787 | 21:21 30-06-2019
Hacı Əliyev: "Dünya çempionatında güləş üslubumda yenilik də edə bilərəm"

İyunun 30-da II Avropa Oyunlarındakı çıxışlarını başa vuran sərbəst və qadın güləşi üzrə yığma komandamız vətənə qayıdıb. Heydər Əliyev adına hava limanında idmançılarımız jurnalistlərə açıqlama verib.

Sərbəst güləş üzrə "Minsk 2019" un qalibi, 3 qat Avropa, 3 qat dünya çempionumuz Hacı Əliyev "olimpsport.az" saytına qısa müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

Hacı, Avropa Oyunlarında çıxışın, oyunlara qatılmayan rəqiblərin üçün səni analiz etmək imkanı yaratmadı ki?

- Yəqin ki, güləşimi izləyib zəif və güclü tərəfimi analiz ediblər.

- Səncə oyunlarda açılmayan kartın oldumu?

- Xeyr, nə potensialım var, ortaya qoydum. Dünya çempionatında güləş üslubumda yenilik də edə bilərəm. Bunun üzərində çalışacağam.

- Yəqin ki, sən də yoxlama yarışlarında rəqiblərini izləyəcəksən?

-Bəli.


Digər xəbərlər