Yunan-Roma güləşi üzrə yığmamız Avropa birinciliyində 6 medal qazanıblar

  Bölmə: Güləş | 681 | 10:30 01-07-2019
Yunan-Roma güləşi üzrə yığmamız Avropa birinciliyində 6 medal qazanıblar

Polşanın Krakov şəhərində keçirilən 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Son gündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib. Fərahim Mustafayev (38 kq) və Təvəkkül Həziyev (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Cocu Səmədov (75 kq) gümüş, Rahim Həsənov (38 kq), Pərviz Dadaşov (41 kq) və Fərid Xəlilov (52 kq) isə bürünc medal qazanıb. Beləliklə, komandamız qitə birinciliyini 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurub. Bununla da yığmamız komanda hesabında Avropa üçüncüsü olub.


Digər xəbərlər