Azad Rəhimov : "Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik"

  Bölmə: Maqazin | 1284 | 10:46 01-07-2019
Azad Rəhimov : "Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik"

Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar.

Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib. Nazir cüdo yığmamızın qızıl medal qazanmamasından təəssüfləndiyini bildirib:

"Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüflər olsun ki, bu, alınmadı. Düşünürəm ki, Azərbaycan Cüdo Federasiyası üzümüzə gələn Tokio Olimpiadasına çox ciddi yanaşmalıdır, bütün imkanları səfərbər etməlidir. Çünki bizim cüdoda çox yüksək səviyyəli komandamız var, onların güclü potensialı var”. Güləşçilərin həmişəki kimi əldə etdiyi medallarla Azərbaycanı sevindirdiyini vurğulayan A.Rəhimov boks yığmamızda qızıl medalın qazanılmasını uğurlu nəticə kimi qiymətləndirib. II Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək təşkil edildiyini deyən nazir bildirib ki, burada təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak edib. Bakıda keçirilən I Bakı Avropa Oyunlarında qoyduğu standartlar Minskdə də uğurla tətbiq edilib.


Digər xəbərlər