Dieqo Qodin "İnter" ə transfer olunub

  Bölmə: Xarici futbol | 258 | 22:06 01-07-2019
Dieqo Qodin "İnter" ə transfer olunub

Uruqvayın futbol üzrə milli komandasının müdafiəçisi Dieqo Qodin İtaliyanın “İnter” klubuna transfer olunub.

33 yaşlı müdafiəçi Milan təmsilçisinə azad agent kimi transfer edilib. O, “İnter” ilə üçillik müqavilə imzalayıb. Qeyd edək ki, D.Qodin 2010-cu ildən etibarən “Atletiko Madrid”in formasını geyinib. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu, ölkənin Kubokunun qalibi, iki dəfə UEFA Avropa Liqasının, üç dəfə UEFA Super Kubokunun qalibi olub. D.Qodin “Atletiko”nun heyətində keçirdiyi 277 oyunda 17 qol vurub.


Digər xəbərlər