"Çelsi" Mateo Kovaçiçi heyətinə daxil edib

  Bölmə: Xarici futbol | 373 | 22:29 02-07-2019
"Çelsi" Mateo Kovaçiçi heyətinə daxil edib

İngiltərənin “Çelsi” futbol klubu ötən mövsüm “Real Madrid”dən icarə əsasında heyətinə cəlb etdiyi yarımmüdafiəçi Mateo Kovaçiçin birdəfəlik transferini reallaşdırıb.

London təmsilçisi 25 yaşlı xorvatiyalı yarımmüdafiəçi üçün “Real Madrid”ə 45 milyon avro təzminat ödəyib. M.Kovaçiç “Çelsi” ilə beş illik müqavilə imzalayıb. Xorvatiyalı yarımmüdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində 51 oyun keçirib.


Digər xəbərlər