Millimizin üzvi Moskva "Dinamo" su ilə anlaşıb

  Bölmə: Xarici futbol | 1456 | 22:38 02-07-2019
Millimizin üzvi Moskva "Dinamo" su ilə anlaşıb

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna transfer edilib.

R.Şeydayev Moskva təmsilçisinin heyətinə azad agent statusu ilə keçib. İyirmi üç yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb. R.Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti başa çatdığı üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada 18 oyunda 4 qol vurub. “Dinamo” 2018-2019-cu il mövsümündə Rusiya çempionatında 33 xalla 12-ci yeri tutub.


Digər xəbərlər