Messi baş zərbəsi ilə vuruldu və meydandan qovuldu

  Bölmə: Xarici futbol | 1631 | 12:16 07-07-2019
Messi baş zərbəsi ilə vuruldu və meydandan qovuldu

Futbol üzrə Amerika kuboku turnirində üçüncü yer uğrunda Argentina-Çili qarşılaşması keçirilib.

Gərgin epizodlarla zəngin olan oyunda Argentina yığması rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub. Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.

Oyunun 37-ci dəqiqəsində argentinalı ulduz futbolçu Lionel Messi karyerası ərzində ikinci dəfə qırmızı vərəqə alaraq meydançadan qovulub. Buna səbəb Messinin rəqibi Medeli arxadan itələməsi olub. Medel isə cavab olaraq Messinin üzünə başı ilə zərbə vurub. Nəticədə hər iki futbolçu hakimin qırmızı vərəqə göstərməsi ilə meydandan qovulub.

Ümumilikdə hakim oyun ərzində futbolçulara 2 qırmızı və 6 sarı kart göstərib.

Xatırladaq ki, Amerika kubokunun bu gün keçiriləcək finalında Braziliya və Peru komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər