Braziliya Amerika kubokunun qalibi olub

  Bölmə: Xarici futbol | 1033 | 08:26 08-07-2019
Braziliya Amerika kubokunun qalibi olub

İyulun 7-də Braziliyada keçirilən futbol üzrə Amerika kubokunun final görüşü keçirilib.

 Final görüşündə  Braziliya millisi Peru yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş braziliyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada ilk hesabı Braziliya seçməsi açıb. Matçın 15-ci dəqiqəsində Everton fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Peru hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Xose Paolo dəqiq yerinə yetirib. İlk hissəyə əlavə edilən dəqiqələrdə Braziliyanın oyunçusu Qabriel Jesus komandasını yenidən irəli çıxarıb. Fasilədən sonra qarşılaşmanın 70-ci dəqiqəsində Braziliya millisinin heyətində fərqlənən Qabriyel Jesus ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib. Buna baxmayaraq Braziliya millisi görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Riçarlison 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub. Beləliklə, Braziliya yığması tarixində doqquzuncu dəfə Amerika kubokunun qalibi olub.


Digər xəbərlər