Toğrul Əsgərovun "Yaşar Doğu" turnirində iştirak etməyəcəyi son anda məlum olub

  Bölmə: Güləş | 612 | 18:13 10-07-2019
Toğrul Əsgərovun "Yaşar Doğu" turnirində iştirak etməyəcəyi son anda məlum olub

İyulun 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri keçiriləcək.

47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək. Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki , yarışda iştirakı gözlənilən Toğrul Əsgərov son anda turnirdən kənarda qalıb. Etibarlı mənbələrdən aldığımız məlumata görə Olimpiya çempionumuzun yüngül zədəsi var. Amma buna baxmayaraq Toğrul Əsgərov sentyabrda Kazaxstanda keçiriləcək dünya çempionatına ciddi şəkildə hazırlaşır.

Qeyd edək ki, ənənəvi yarışda olimpiya kateqoriyalı hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev ədaləti qoruyacaq.


Digər xəbərlər