Qurban Qurbanov: "90 dəqiqə ərzində topa biz nəzarət etdik"

  Bölmə: Ölkə futbolu | 111 | 22:36 10-07-2019
Qurban Qurbanov: "90 dəqiqə ərzində topa biz nəzarət etdik"

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünə çıxan Ağdamın "Qarabağ" klubu səfərdə Albaniya təmsilçisi "Partizani" ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb (0:0). Oyun sonrası mətbuat konfransında baş məşqçi Qurban Qurbanov fikirlərini jurnalistlərlə bölüşüb.

Qurban Qurbanov: "Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".


Digər xəbərlər