Nazim Babayev qızıl medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 782 | 05:25 11-07-2019
Nazim Babayev qızıl medal qazanıb

İyulun 10-da Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb.

 Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.

Qeyd edək ki, atletika yarışlarında digər idmançımız Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə təsnifat mərhələsində 11 saniyəlik nəticə ilə dördüncü yeri tutaraq mübarizəni dayandırıb.

Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyevin rəhbərliyi ilə qatılıblar.


Digər xəbərlər