Bu gün "Neftçi" və "Səbail" Avropa Liqası turnirində mübarizəyə qoşulacaq

  Bölmə: Ölkə futbolu | 109 | 12:25 11-07-2019
Bu gün "Neftçi" və "Səbail" Avropa Liqası turnirində mübarizəyə qoşulacaq

İyulun 11-də “Neftçi” və “Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

təsnifat mərhələsinin ilk görüşündə “Neftçi” səfərdə Moldovanın “Sperantsa” klubu ilə qarşılaşacaq, “Səbail” isə “Bayıl Arena”da Rumıniya təmsilçisi “Universitatya”nı qəbul edəcək.

“Neftçi” Kişineudakı “Zimbru” stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə səbəbindən oynamayacaq.

Flaqman bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantına - Rusiyanın “Arsenal” (Tula) komandasına rəqib olacaq. Görüşü idarə etmək Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna) olacaq.

“Səbail” isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra keçiriləcək.

“Səbail” - “Universitatya” oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammit olacaq. Ona Duncan Sultana və Theodore Zammit kömək edəcək. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.

Qeyd edək ki, “Səbail”-“Universitatya” oyunu saat 20:00-da, “Sperantsa”-“Neftçi” görüşü isə saat 21:00-da başlayacaq.


Digər xəbərlər