"Partizani" klubunun baş məşqçisi : "Oyundan məmnunam"

  Bölmə: Xarici futbol | 86 | 12:32 11-07-2019
"Partizani" klubunun baş məşqçisi : "Oyundan məmnunam"

 Oyundan məmnunam. "Partizani" yaxşı çıxış etdi və matçda təhlükəli epizodlar yarada bildik. Bu fikirləri Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda "Qarabağ" ilə oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubun qalib gəlmək imkanı vardı. Lakin yaranan fürsətlərdən istifadə edə bilmədilər. İyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid etdiklərini söyləyən baş məşqçi "Rəqibimizin kim olduğunu unutmamalıyıq", - deyə vurğulayıb. Qeyd edək ki, "Partizani"-"Qarabağ" matçının cavab görüşü "Dalğa Arena"da keçiriləcək.


Digər xəbərlər