AL: "Səbail" öz meydanında məğlub olub

  Bölmə: Ölkə futbolu | 987 | 04:19 12-07-2019
AL: "Səbail" öz meydanında məğlub olub

İyulun 11-də Bakının “Səbail” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda “Bayıl Arena”da Rumıniyanın “Universitatea” komandası ilə qarşılaşıb.

Paytaxt təmsilçisi doğma meydanda 2:3 hesabı ilə uduzub. Bakılıların heyətində Ağabala Ramazanov 33-cü və 82-ci dəqiqələrdə fərqlənib.

Komandalar arasındakı cavab görüşü bir həftə sonra oynanılacaq.

Bu cütlüyün qalibi Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər