"Fənərbaxça" klubunun keçmiş futbolçusu idman kanalında çalışacaq

  Bölmə: Maqazin | 1063 | 16:57 12-07-2019
"Fənərbaxça" klubunun keçmiş futbolçusu idman kanalında çalışacaq

Niderlandın futbol üzrə milli yığma komandasının, habelə İngiltərənin “Arsenal” , “Mançester Yunayted” və "Fənərbaxça" klublarının keçmiş oyunçusu Robin van Persi Britaniyanın “BT Sport” telekanalında ekspert olacaq.

OLİMPSPORT “The Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, məşhur idmançının kontraktı bir il üçün nəzərdə tutulub. Van Persi ilə bərabər “Mançester Yunayted”in keçmiş oyunçuları, bu sahədə artıq təcrübə toplamış Rio Ferdinand və Ouen Harqrivz də bu kanalda işləyəcəklər.

Van Persi peşəkar karyerasını bu il may ayında başa çatdırıb. Hollandiyanın “Feyenoord” klubunun yetirməsi olan bu hücumçunun çalışdığı sonuncu klub da “Feyenoord” olub. 35 yaşlı van Persi ötən mövsümdə keçirdiyi 25 matçda 16 qol vurub və beş uğurlu ötürmə edib. Bu futbolçu İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klublarında, həmçinin Türkiyənin “Fənərbaxça” komandasında da çıxış edib.

Van Persi klublar səviyyəsində 7 mükafat, o cümlədən UEFA Kuboku və İngiltərə çempionatının qızıl medalını qazanıb. Niderland yığmasının heyətində 102 matç keçirib və bu görüşlərdə 50 qol vuraraq, rekord müəyyən edib. Dünya çempionatlarında bir gümüş medal (2010-cu il) və bir bürünc medal (2014-cü il) qazanıb.


Digər xəbərlər