"Yaşar Doğu" turnirində üç güləşçimiz yarımfinala vəsiqə qazanıb

  Bölmə: Güləş | 359 | 16:22 13-07-2019
"Yaşar Doğu" turnirində üç güləşçimiz yarımfinala vəsiqə qazanıb

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır.

Üçüncü yarış günündə yığmamızın son 5 üzvü mübarizəyə qoşulub.

Mahal Novruzov debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub.

Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib.

Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb.

Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb.

74 kq

1/8 final - Mahal Novruzov - Enes Uslu 5:10

86 kq

Təsnifat - Aleksandr Qostiyev - Murad Süleymanov 3:2

1/4 final - Aleksandr Qostiyev - Səlim Yaşar (TUR) *6:6

1/2 final - Aleksandr Qostiyev - Boris Makoyev (SVK)

92 kq

1/4 final - Şamil Zubairov - Erhan Yaylacı (TUR) 6:4

1/2 final - Şamil Zubairov - Maykl Tbori Koks (USA)

97 kq

Təsnifat - Aslanbek Alborov - Sativart Kadian (İND) 11:0

1/4 final - Aslanbek Alborov - Maqomed Musayev (KGZ) 6:1

1/2 final - Aslanbek Alborov - Əli Xəlil Şabanibenqar (İRİ)


Digər xəbərlər