Olimpiya festivalı zolağına daxil olan sürücüləri 40 manat cərimə gözləyir

  Bölmə: Maqazin | 861 | 17:35 13-07-2019
Olimpiya festivalı zolağına daxil olan sürücüləri 40 manat cərimə gözləyir

İyulun 20-28–də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində “sarı zolağ”ın çəkilişi işləri davam etdirilir.

Hazırda Qara Qarayev prospektində xətlənmə işləri aparılır. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.

Sarı zolağa icazəsiz daxil olan sürücüləri 40 manat cərimə gözləyir. Cərimə protokollarının hansı tarixdən etibarən yazılacağı yol polisi tərəfindən ictmaiyyətə açıqlanacaq.


Digər xəbərlər