Cüdoçumuz Qran-Pri yarışında bürünc medal qazanıb

  Bölmə: Cüdo | 633 | 09:04 14-07-2019
Cüdoçumuz Qran-Pri yarışında bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.

Beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev (73 kq) milli komandamızın aktivinə medal yazdırıb. İdmançımız Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Qeyd edək ki, Qran-Pri turnirində dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.


Digər xəbərlər