Atletimiz Avropa birinciliyində finala vəsiqə qazanıb

  Bölmə: Olimpiya Növləri | 373 | 09:08 14-07-2019
Atletimiz Avropa birinciliyində finala vəsiqə qazanıb

XXX Ümumdünya Yay Universiadasının üç təkanla tullanma yarışında qızıl medal qazanan Nazim Babayev İsveçin Qalve şəhərində keçiriləcək 23 yaşadək idmançılar arasında Avropa çempionatına qatılıb.

Böyük gərginliklə keçən yarışda N.Babayev birinci cəhddən 16.78 metr nəticə göstərərək finala yüksəlib. Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.

Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanmışdı.


Digər xəbərlər