Afrika Millətlər Kubokunun finalçıları məlum olub

  Bölmə: Xarici futbol | 916 | 09:54 15-07-2019
Afrika Millətlər Kubokunun finalçıları məlum olub

İyulun 14-də Misirdə keçirilən Afrika Millətlər Kubokunun finalçıları məlum olub.

Turnirin ilk yarımfinal görüşü Seneqal və Tunis yığmaları arasında olub. Görüşdə hər iki komanda 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə olunmuş dəqiqələr oynanılıb. Qarşılaşmanın 108 dəqiqəsində hesab açılıb. Belə ki, top Tunis millisinin müdafiəçisi Dilan Bronin ayağına dəyərək qapıdan keçib. Qoldan sonra irəli atılan Tunis seçməsinin səylərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, Seneqal millisi tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun finalına yüksəlib.

Mərhələnin digər oyununda Əlcəzair millisi Nigeriya seçməsi ilə üz-üzə gəlib. Üç qol vurulan görüşdə əlcəzairlilər 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, final görüşü iyulun 19-da, üçüncü və dördüncü yer uğrunda qarşılaşma isə iyulun 17-də baş tutacaq.


Digər xəbərlər