Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dünya çempionumuzu təltif edib

  Bölmə: Güləş | 973 | 01:43 16-07-2019
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dünya çempionumuzu təltif edib

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qadınlardan ibarət milli komandanın üzvləri, Ceyla Nağızadəyə və Elnurə Məmmədovaya qadın güləşinə verdikləri töhfəyə görə fəxri diplom təqdim etmişdib.

OLİMPSPORT xəbər verir ki, fəxri diplomun təqdim edilməsində əsas məqsəd idmançılarımızı qarşıdan gələn yarışlara daha da həvəsləndirməkdir.

Qeyd edək ki, Əflatun müəllim ölkə idmançılarının uğurlarını daim izləyən və dəstəkləyən dövlət məmurlarımızdan biridir. O, güləş yarışlarını xüsusilə izləyir. Elə bu səbəbdəndə hörmətli millət vəkilimiz idmançıları ara-sıra qəbul edərək, daim diqqətdə saxlayır, onlara öz töhfəsini verir. Heç şübhəsiz ki, Əflatun müəllimin bu qayğısından sonra Ceyla Nağızadə gələn ay Estoniyada keçiriləcək gənclərin dünya çempionatında, Elnurə Məmmədova isə bu ay Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizin idman şərəfini daha da uğurlu şəkildə qoruyacaq.

Xatırladaq ki, Ceyla Nağızadə hərbçilər arasında qadın güləşi üzrə yeganə dünya çempionumuzdur. Elnurə Məmmədova isə bu il İtaliyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb. 

Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi, güləş üzrə beynəlxalq dərəcəli hakim Zaur Şərifovdur.

Onu da qeyd edək ki, Elnurə Məmmədova Avropa üçüncüsü olduqdan sonra qələbə sevincini doğma Tovuz rayonunda qeyd etmək məqsədilə rayon icra hakimiyyətinin başçısı ilə görüşə yollanıb. Lakin idmançının və valideynlərinin "olimpsport.az"a bildirdiyinə görə, icra nümayəndələri onları çox hörmətsiz şəkildə qarşılayıb və hətta, Elnurə Məmmədovanın Avropa birinciliyində qazandığı mükafatın saxta olduğundan şübhələniblər. Bununlada idmançımızın rayon icra başçısı ilə görüşü baş tutmayıb və  məyus olaraq kor - peşman geri dönüb. Amma mətbuat şurasının fəxri diplomu ilə təltif edilən Elnurə Məmmədova artıq hərşeyi unudub, qarşıdakı yarışlara daha da həvəslə hazırlaşır.


Digər xəbərlər