Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək atletlərin sayı açıqlanıb

  Bölmə: Olimpiya Növləri | 863 | 13:42 16-07-2019
Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək atletlərin sayı açıqlanıb

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.

OLİMPSPORT AZƏRTACA istinadən xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Xtırladaq ki, AZƏRTAC “EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.


Digər xəbərlər