Qurban Qurbanov: "Partizani " bizim üçün o qədər də uyğun rəqib deyil "

  Bölmə: Ölkə futbolu | 258 | 19:58 16-07-2019
Qurban Qurbanov: "Partizani " bizim üçün o qədər də uyğun rəqib deyil "

Sabah Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Ölkəmizi bu turnirdə təmsil edən Ağdamın " Qarabağ " komandası Bakıda Albaniya çempionu "Partizani" komandasını qəbul edəcək. Bu gün "Qarabağ " ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında media önünə çıxaraq bu fikirləri bildirib: "İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdi, oyun intizamı yüksəkdi, aqressiv müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər. "Partizani" bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik". 

Xatırladaq ki, qarşılaşma sabah saat 21:00-da "Dalğa Arena"da keçiriləcək. 


Digər xəbərlər