Qurban Qurbanov: "Partizani" müdafiə olunmaqdan həzz alırdı"

  Bölmə: Ölkə futbolu | 1104 | 01:28 18-07-2019
Qurban Qurbanov: "Partizani" müdafiə olunmaqdan həzz alırdı"

17 iyulda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu "Qarabağ " "Partizani" komandasını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.  Oyun sonrası baş məşqçi Qurban Qurbanov mətbuat konfransında oyun haqqında maraqlı fikirlər səsləndirib. 

Qurban Qurbanov: "Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. "Partizani" müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm". 


Digər xəbərlər