Tahir Gözəl: "Mən hər zaman istəmişəm ki, " Qarabağ " ın heyətində azərbaycanlı oyunçular çox olsun"

  Bölmə: Ölkə futbolu | 594 | 02:25 18-07-2019
Tahir Gözəl: "Mən hər zaman istəmişəm ki, " Qarabağ " ın heyətində azərbaycanlı oyunçular çox olsun"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının I təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı. Bu fikirləri Tahir Gözəl  bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. 


Digər xəbərlər