Güləşçilərimiz dünya çempionatına hazırlıq üçün təlim-məşq toplanışına başlayıb

  Bölmə: Güləş | 704 | 16:42 19-07-2019
Güləşçilərimiz dünya çempionatına hazırlıq üçün təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş üzrə yığma komandamız növbəti təlim-məşq toplanışına start verib.

OLİMPSPORT Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 20-yə yaxın sərbəst güləşçi Göygöl Olimpiya İdman Kompleksində hazırlığa başlayıb. Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki hazırlığa diqqət yetiriləcək.

Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.


Digər xəbərlər