Sabah start veriləcək "EYOF 2019" da güləşçilərimizin rəqibləri məlum olub

  Bölmə: Güləş | 295 | 21:10 20-07-2019
Sabah start veriləcək "EYOF 2019" da güləşçilərimizin rəqibləri məlum olub

Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək.

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutacaq.

Bu gün Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Sərbəst güləş

45 kq

A qrupu 1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS)

55 kq

1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR)

Yunan-Roma güləşi

45 kq

Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA)

55 kq

1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL)


Digər xəbərlər