Əfsanəvi Roys Qreysi Bakıda seminar keçirib

  Bölmə: Cüdo | 649 | 08:57 21-07-2019
Əfsanəvi Roys Qreysi Bakıda seminar keçirib

Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlib.

Azərbaycan Ciu-Citsu Federasiyası və “Qodzilla” qrupunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından olan “Judo Club 2012”də seminar keçib. “Judo Club 2012”nin idman zalında təşkil olunan seminarda R.Qreysi ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışıb və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərib. Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərləri də iştirak edib.

Qeyd edək ki, braziliyalı ciu-citsu ustası Roys Qreysi idmanın bu növünün dünyada tanınmasında böyük rol oynayıb.


Digər xəbərlər