"EYOF 2019": 3 güləşçimiz finala vəsiqə qazanıb

  Bölmə: Güləş | 270 | 12:21 21-07-2019
"EYOF 2019": 3 güləşçimiz finala vəsiqə qazanıb

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclər Yay Olimpiya Festivalına güləş yarışlarıyla start verilib. 

Sərbəst güləş yarışlarında mübarizə aparan hər iki güləşçimiz, Murad Haqverdiyev  (45 kq) və Əbülfəz Nəsirov  (55 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

Yunan-Roma güləşi üzrə yarışlarda isə Fərid Sadıxlı  (45 kq) finala vəsiqə qazanıb. Nihat Məmmədli isə bürünc medal uğrunda mübarizə aparacaq. 


Digər xəbərlər