Avropa Gənclər Yay Olimpiya Festivalında güləşçimiz bürünc medal qazanıb

  Bölmə: Güləş | 228 | 16:59 21-07-2019
Avropa Gənclər Yay Olimpiya Festivalında güləşçimiz bürünc medal qazanıb

Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar.

Nihad Məmmədli (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub. Bu çəki dərəcəsində qızıl medala Belarus təmsilçisi Hleb Makaranka, gümüş medala isə gürcüstanlı Romeo Beridze sahib olublar.


Digər xəbərlər