"EYOF BAKI 2019" : Atletika yarışlarında 3 növdə qaliblər məlum olub

  Bölmə: Olimpiya Növləri | 838 | 00:34 24-07-2019
"EYOF BAKI 2019" : Atletika yarışlarında 3 növdə qaliblər məlum olub

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarında qızlar və oğlanlar arasında 100 metr məsafəyə qaçış üzrə oyunun qalibləri bəlli olub.

Bu növdə oğlanlar arasında qızıl medalı Türkiyə təmsilçisi Umut Uysal (10,47 saniyə) qazanıb. Gümüş medala Matteo Melluzzo (İtaliya), bürünc medala isə Feliks Kunstein (Almaniya) layiq görülüb.

Qızların 100 metr məsafəyə qaçışında isə Rasidat Adeleke (İrlandiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə Yohanna Kilmanen (Finlandiya), üçüncü pillədə isə Çeyenne Kuhn (Almaniya) qərarlaşıb.

Oğlanların nizəatma yarışında isə Polşa idmançısı Erik Kolodziecak (77,02 metr) birinci olub. İtaliya idmançısı Ciovanni Frattini gümüş, Ukrayna təmsilçisi Artur Felfner isə bürünc medal qazanıblar.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.


Digər xəbərlər