"EYOF BAKI 2019" : Cüdo yığmamızın üzvü bürünc medal qazanıb

  Bölmə: Cüdo | 168 | 19:14 24-07-2019
"EYOF BAKI 2019" : Cüdo yığmamızın üzvü bürünc  medal qazanıb

Azərbaycanın cüdo komandasının daha bir üzvü Avropa Gənclər Olimpiya Festivalının bürünc medalını qazanıb.

55 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda mübarizə aparan Şükran Zamanlı ukraynalı Vladislav Kolobovu ipponla məğlub edərək bürünc medalı aktivinə yazdırıb.

Digər bürünc medala italiyalı Skenderi Vinçenzona ipponla qalib gələn macarıstanlı Benko Farkas sahib olub. Bu çəki dərəcəsində yarışın qalibi finalda belçikalı Robbe Demetsi ipponla məğlub edən türkiyəli Berat Bahadır olub.


Digər xəbərlər