Kirill Kombarov, "Arsenal" ın kapitanı: "Amma burada lüzumsuz bəhanələrə ehtiyac yoxdur "

  Bölmə: Xarici futbol | 228 | 11:18 25-07-2019
Kirill Kombarov, "Arsenal" ın kapitanı: "Amma burada lüzumsuz bəhanələrə ehtiyac yoxdur "

Tulanın “Arsenal” klubunun futbolçuları Avropa Liqasının ikinci təsnifat raundu çərçivəsində Azərbaycanın “Neftçi” klubu ilə birinci matç ərəfəsində azarkeşlər və klubun rəhbərliyi qarşısında öz məsuliyyətlərini başa düşürlər.

Bu sözləri matçdan əvvəlki mətbuat konfransında “Arsenal”ın kapitanı Kirill Kombarov söyləyib.

Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Cavab görüşü avqustun 1-də Bakıda olacaq.

“Arsenal” öz tarixində ilk dəfə Avropa Kuboku yarışlarında iştirak edəcək. K.Kombarov deyib: “Bu, Tula üçün tarixi hadisədir. Futbolçular azarkeşlər və rəhbərlik qarşısında öz məsuliyyətlərini başa düşürlər. Bəzən biz təcrübəli futbolçular məşqlər zamanı cavan futbolçulara nəsə öyrədirik, onları həvəsləndiririk. Amma burada lüzumsuz bəhanələrə ehtiyac yoxdur. Birinci oyunda qol vurmaq və qapımızdan top buraxmamaq bizim üçün çox əhəmiyyətlidir”.

“Arsenal” ötən mövsümün yekunlarına görə, Rusiya çempionatında altıncı yeri tutub və Avropa Liqasının ikinci seçim mərhələsində iştirak etmək hüququ qazanıb.

”Neftçi” milli çempionatda ikinci yeri tutub və turnirə ilk təsnifat mərhələsindən başlayıb, burada Moldovanın “Speransa” klubu ilə keçirdiyi iki görüşdə qalib gəlib (6:0, 3:0).


Digər xəbərlər