Roberto Bordin: "Bu, meydançaya təsir edə bilər, taktikaya yox"

  Bölmə: Ölkə futbolu | 635 | 11:28 25-07-2019
Roberto Bordin: "Bu, meydançaya təsir edə bilər, taktikaya yox"

Rəqibimiz çox güclüdür. “Arsenal” hazırda texniki və fiziki cəhətdən yüksək səviyyədədir. Klubun Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq.

Bu fikirləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının II təsnifat mərhələsinin 2019-2020-ci il mövsümünün ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəqib çox güclüdür və əla formadadır. “Qapını toxunulmaz saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. “Arsenal” ilk dəfədir avrokubokda çıxış edir, matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz meydanımızda üstün durumda olacağıq. Qarşılaşma ilə bağlı öncədən fikir bildirmək çətindir. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Hava şəraitinin yağışlı olması ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox”.

Qeyd edək ki, “Arsenal” – “Neftçi” qarşılaşması iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər