"EYOF Bakı 2019" un atletika növündə üç təkanla tullanma yarışında kiprli idmançı çempion olub

  Bölmə: Olimpiya Növləri | 171 | 12:40 27-07-2019
"EYOF Bakı 2019" un atletika növündə üç təkanla tullanma yarışında kiprli idmançı çempion olub

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının oğlanlar arasında üç təkanla tullanma yarışında kiprli Qriqoris Nikolaou (15,45 m) qızıl medal qazanıb.

Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m) ikinci, fransalı Simon Qore (15,33 m) isə üçüncü pillədə qərarlaşıblar. Yarışların sonuncu günündə qızlar arasında hündürlüyə tullanma növündə Rusiya atleti Adelina Xalikova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Marithe Enqondo gümüş, kiprli Stiliana İoannidou (Kipr) isə bürünc medalla kifayətlənməli olublar.


Digər xəbərlər