Fransa millisi "EYOF 2019" un həndbol yarışlarında qalib olub

  Bölmə: Olimpiya Növləri | 263 | 18:26 27-07-2019
Fransa millisi "EYOF 2019" un həndbol yarışlarında qalib olub

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında həndbol üzrə qızların yarışı başa çatıb.

Finalda Hollandiya və Fransa yığma komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 23:21 hesabı ilə qələbə qazanan Fransa millisi festivalın çempionu olub.

Yarışda 5-6-cı yerlər uğrunda görüşdə isə Rumıniya yığması İspaniyaya qalib gəlib – 29:20.

Xatırladaq ki, qızların yarışında üçüncü yer uğrunda görüşdə İsveçrə millisi üzərində 30:20 hesabı ilə qələbə qazanan Macarıstan həndbolçuları festivalın bürünc medallarına sahib olublar.

Qızların yarışında 7-8-ci yerlər uğrunda görüşdə meydana çıxan Azərbaycan həndbolçuları çexiyalı rəqiblərinə uduzublar – 13:42. Bununla da festivalda həndbolçu qızların yarışı başa çatıb.

Yarışda ilk üç pillədə Fransa, Hollandiya və Macarıstan seçmələri qərarlaşıblar.


Digər xəbərlər