Xorvatiya millisinin oğlan həndbolçuları festivalın çempionu olublar

  Bölmə: Olimpiya Növləri | 1109 | 19:00 27-07-2019
Xorvatiya millisinin oğlan həndbolçuları festivalın çempionu olublar

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlan həndbolçuların mübarizəsinə yekun vurulub.

Yarışın Bakı İdman Sarayında keçirilən final matçında Xorvatiya və Almaniya yığma komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 29:28 hesabı ilə çətin qələbə qazanan Xorvatiya komandası “EYOF Bakı 2019”un çempionu olub.

Yarışda 5-6-cı yerlər uğrunda görüşdə Sloveniya yığması İslandiyaya qalib gəlib – 24:17. Xatırladaq ki, oğlanların yarışında bürünc medallara Fransa təmsilçilərini 28:21 hesabı ilə məğlubiyyətə uğradan Danimarka həndbolçuları layiq görülüblər.

Azərbaycan idmançıları isə 7-8-ci yerlər uğrunda görüşdə Serbiyaya uduzub – 14:35. Bununla da festivalda oğlan həndbolçuların da yarışı başa çatıb. Bu yarışda ilk üç yeri Xorvatiya, Almaniya və Danimarka milliləri tutublar.


Digər xəbərlər