İtaliyanın kişi voleybolçuları Festivalın çempionu olublar

  Bölmə: Olimpiya Növləri | 235 | 19:47 27-07-2019
İtaliyanın kişi voleybolçuları Festivalın çempionu olublar

İyulun 27-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında oğlan voleybolçuların yarışında çempion məlum olub.

AZƏRTAC xəbər verir ki, yarışın Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşü İtaliya və Belçika komandaları arasında oynanılıb. İtaliyalı voleybolçular hər üç setdə qələbə qazanaraq festivalın qızıl medallarına yiyələniblər - 25:21, 25:21 və 25:19. Bu görüşlə eyni vaxtda 5-6-cı yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində təşkil olunan digər matçda Bolqarıstanın oğlanlardan ibarət voleybolçuları Çexiyanı sınağa çəkiblər. Oyunda 3:0 (25:22, 25:21, 25:16) hesabı ilə qalib gələn Çexiya komandası yarışları 5-ci pillədə başa vurub.


Digər xəbərlər