İspaniyada veteranlar arasında cüdo üzrə qitə çempionatına start verilib

  Bölmə: Cüdo | 1093 | 19:51 27-07-2019
İspaniyada veteranlar arasında cüdo üzrə qitə çempionatına start verilib

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günlərində Azərbaycan cüdoçuları iki qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.

Cüdoçularımızdan Fərhad Rəcəbli (M7 90 kq) və Mübariz Cəfərov (M4 81 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar.

Qeyd edək ki, bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında yeddinci Avropa çempionluğudur. Qitə çempionatında gümüş medalları Yamən Fətiyev (M5 100 kq), Müşfiq Cəfərov (M5 66 kq), bürünc medalı Babək Hacıyev (M3, 60 kq) qazanıblar.

Qeyd edək ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.


Digər xəbərlər