Nazim Süleymanov yenidən Rusiyaya dəvət olunub

  Bölmə: Ölkə futbolu | 550 | 15:24 31-07-2019
Nazim Süleymanov yenidən Rusiyaya dəvət olunub

Xəbər verdiyimiz kimi keçən həftə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin  "Arsenal " - " Neftçi " görüşünü məşhur veteran futbolçumuz Nazim Süleymanov Rusiyanın "Matç Premyer" ("Матч Премьер")kanalından canlı olaraq təhlil etmişdir.

OLİMPSPORT xəbər verir  ki, həmin oyunu Azərbaycanlı futbol mütəxəssisi ilə yanaşı keçmiş Rusiya millisinin və Londonun "Arsenal" klubunun üzvü olmuş Andrey Arşavin də təhlil etmişdir. Həqiqətən də bizim hər hansı bir futbol mütəxəssisimizin nüfuzlu bir Avropa turniri matçını təhlil etmək üçün zəngin futbol ölkəsi olan Rusiyaya xüsusi dəvət edilməsi hər bir azərbaycanlı üçün qürur hissi sayıla bilər. Düzdür, Nazim Süleymanovun burada fərdi şəxsiyyəti və futbolda göstərdiyi xidmətləri əsas amillərdəndir.

Qeyd edək ki, Nazim Süleymanovun vaxtilə "Neftçi" ilə yanaşı Rusiyanın "Spartak Alaniya" və "Jemçujina" klublarında əvəzsiz xidmətləri olub. Təkcə onun Rusiya çempionluğunu və daima bombardirlər siyahısında adının olması deyilənləri isbat edir. Aldığımız daha bir məlumata görə, təcrübəli mütəxəssis sabah keçiriləcək "Neftçi"-"Arsenal " matçının cavab görüşünü də təhlil etmək üçün yenidən Rusiyaya  dəvət olunub. Bununla bağlı Nazim müəllimlə əlaqə saxlayıb, onun fikirlərini öyrəndik.

- Nazim müəllim, necə oldu ki, belə bir təklif gəldi?

-Mənə kanalın əməkdaşları tərəfindən zəng gəldi və belə bir təklif etdilər. Bütün xərclərimi (təyyarə bileti, yemək, yataq və s.xərclər) də qarşılayacaqlarını bildirdilər. Əlbəttə ki, ən əsası mənə belə bir etimad göstərdikləri üçün razılaşdım. Cavab matçı üçün də eyni qaydada dəvət etdilər və böyük məmnuniyyətlə razılıq verdim. Yəqin ki, mən vaxtilə həm "Neftçi" də, həm də Rusiyada futbol oynadığım üçün bu onların ağlına gəlib.

Xatırladaq ki,  "Neftçi " -"Arsenal " görüşü sabah "Bakcell Arena ” da Bakı vaxtilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər