İyulun 31-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib

  Bölmə: Xarici futbol | 417 | 05:35 01-08-2019
İyulun 31-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib

İyulun 31-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində növbəti beş cavab görüşləri keçirilib.

Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində Bakıdakı “Dalğa Arena”da İrlandiyanın “Dandulk” komandasını qəbul edib. Birinci oyunda səfərdə 1:1 hesablı heç-heçə edən ağdamlılar ikinci görüşdə rəqibinə heç bir şans verməyib - 3:0.

Gün ərzində oynanılan digər görüşlər aşağıdakılardır.

“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya) - 2:1, ilk oyun – 0:2;

“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun - 3:2, ilk oyun - 1:2;

“Rusenburq” (Norveç) – “BATE” (Belarus), ilk oyun – 2:0, ilk oyun - 1:2;

“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun - 1:0, ilk oyun – 2:0.

Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı qarşılaşmalar oynanılıb:

“APOEL” (Kipr) – “Sutyeska (Monteneqro) – 3:0, ilk oyun – 1:0; “Kalyu” (Estoniya) – Seltik (Şotlandiya) – 0:2, ilk oyun – 0:5;

“Təl-Əviv” (İsrail) - “CFR Cluj” (Rumıniya) – 2:2, ilk oyun – 0:1;

“Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya) – 2:1, ilk oyun – 2:3;

“Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan) – 3:0, ilk oyun - 2:0;

“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) – 1:1, ilk oyun – 1:3;

“Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya) – 4:0, ilk oyun – 0:0.


Digər xəbərlər